16 Fevral 2019 20:41
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Mariya Buriç ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Tərəflər bir sıra sahələrdə əlaqələrin daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com