17 Aprel 2019 15:42
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İkinci Dünya Müharibəsindən sonra Avropada fəallaşmağa başladı. Avropa ölkələrini hər cür aqressiyadan uzaq saxlamaq məqsədilə NATO-nun yaradılmasında aktiv iştirak etdi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, müharibədən sonrakı illərdə NATO Avropa və ABŞ-ı SSRİ təhlükəsindən qorumaq məqsədi daşımağa başladı:

“Çünki SSRİ İkinci Dünya Müharibəsindən qalib çıxmışdı və böyük gücə malik idi. Bu isə ABŞ-la yanaşı, Avropa üçün təhlükə demək idi. Böyük dövlətlər SSRİ-ni düşmən gözü ilə görürdülər. Əvvəllər iqtisadi məqsədlər üçün qurulmuş NATO bununla da hərbiləşməyə, Sovet Rusiyasına qarşı müdafiə qalxanı rolunu oynamağa başladı.

SSRİ-nin dağılmasından sonra NATO-nun Rusiyaya münasibəti dəyişmədi. Bu gün də alyans və Rusiya arasındakı münasibətlər gərgindir. Üstəgəl, NATO-nun aparıcı dövləti olan ABŞ və Rusiya arasında uzun illərdir gedən “soyuq müharibə” indi də davam edir. Bunun məntiqi nəticəsi kimi də, NATO-Rusiya əməkdaşlığı dayandırıldı. Çünki Rusiya NATO-yüz üzv dövlətlər arasında aqressor dövlət kimi qəbul olunur”.

Ramiyə Məmmədova hesab edir ki, Rusiyanın Krımı özünə birləşdirməsi isə münasibətlərin tamamilə qırılmasında əsas rol oynadı:

“Bu, münasibətlərin qırılma həddinə çatmasında əsas faktora çevrildi. Bundan əvvəl isə Rusiyanın Gürcüstan ərazilərində həyata keçirdiyi hərbi fəaliyyətlər də Qərbdə etirazla qarşılandı. Çünki Gürcüstan və Ukrayna NATO-ya üzv olmağa yaxın dövlətlərdir. Buna görə də NATO özünə müttəfiq saydığı dövlətlərə qarşı təcavüzkar siyasətinə görə Rusiyanı aqressor dövlət kimi qəbul edir.

Hesab edirəm ki, ABŞ və Rusiya arasındakı “soyuq müharibə” sonu olmayan bir savaşdır. Bu mübarizə özündə dünyanın bölüşdürülməsi, yaxud öz rəqibi üzərində hegemonluğunu elan etmək savşıdır. Hər iki dövlət super gücə sahib olduğu üçün geri çəkilmək niyyətində deyil, bu da “soyuq müharibə”nin uzanmasına yol açır. NATO ilə əməkdaşlığın dayandırılması isə alyans və Rusiya arasında böyük gərginliyə gətirib çıxara bilər. Gərginlik olsa da, münasibətlər korlanmış kimi görünsə də hər zaman hərbi məsələləri müzakirə etmək üçün danışıqlar masası arxasına otururlar. Başqa sözlə, münasibətlərin birdəfəlik bitməsindən söhbət gedə bilməz".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər