3 İyul 2019 16:20
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya gəlib.

İyulun 4-6-nı əhatə edəcək səfər çərçivəsində diplomat Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək üçün rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, ilkin olaraq bu ilin əvvəlinə planlaşdırılmış AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri “Brexit”lə bağlı təxirə salınmışdı. /report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər