15 İyul 2019 15:09
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Güney Azərbaycanda hamımızı çaşdıracaq, mat-məəttəl qoyacaq bir nüansı seyr etmişəm. Arazın o tayında bu taykı insanların hər biri öz fizioloji oxşarını görə bilər, aşkarlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə yazıçı Həmid Herisçi çıxış edib.

“Mən, misal üçün Ərdəbildə İsa Qəmbərin tam kopiyasını, oxşarını görmüşəm. O, seyid idi, özü də Savalan balını xaricə ixrac edirdi, hətta uzaq Çexiyaya belə.

Güneydə mən Səyavuş Novruzun sanki burnundan düşmüş oxşarını da görmüşdüm. O da iqtidar nümayəndəsi idi, məmurdur. Təbriz bazarında sanitar-gigiyena qaydalarına nəzarət edirdi Təbriz bazarında.
Orda mən bəstəkar Cavanşir Quliyevin tam oxşarını da görmüşdüm. O da ziyalı idi, o da narazı, müxalifətyönümlü idi.

Mirşahinin, Şirməmməd Hüseynovun oxşarlarını da görmüşdüm. Gülməlidir, xasiyyətləri də eyni idi həmin şəxslərin. Qısası Güneydə olarkən ehtiyatlı olun. Oxşarlarımız çaşdıra bilər hər birinizi, orada gözlərinizə aldana bilərsiniz”.


Müəllif: Yalçın Uğur