14 Noyabr 2019 20:50
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu nə özündən razılıqdır belə? Necə yəni Müsavatda belə bir şey ola bilməz?! Gülməli olan odur ki, hamı özünü sığortalamaq üçün deyir ki, kimin saxtakarlıqda əli olub, bizimlə birlikdə ola bilməz. Ay bala, siz qurumun adından çıxış edirsiniz, verin istefanı, çıxın gedin.

Bunu "Nida"çı İsmi Şahzadə Almaniyada Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərinin saxlanmasına partiya üzvlərinin reaksiyası ilə bağlı deyib.

O bildirib ki, baş verən hadisədən sonra özünü sığortalamağa çalışan, ya da boyun qaçıran hər bir Müsavatçını "iqnor edin":

"Vaxtınızı boşa xərcləməyin. Hər dəfə belə məsələlərdə ağız-ağıza veririk deyə söhbətlər çox uzanır, kəsib atın. Əvəz olunmayan var?! 5-6 kəlmə termin öyrəniblər, özlərini akademik siyasətçi zənn edirlər. Çıxın gedin, heç olmasa Musavat adı qalsın, artıq onu da ləkələməyə başlayırsınız!".

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər