27 Noyabr 2019 09:23
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın impiçment proseduru başlanıbsa, hesab edirəm ki, bu, uğurla başa çatdırılacaq. Buna səbəb odur ki, Tramp ABŞ prezidenti kimi ciddi səhvlərə yol verib.

Bu fikirləri Teleqraf.com-a hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədov ABŞ Konqresinin aşağı palatasında ölkə prezidentinin impiçment proseduruna başlanmasını şərh edərkən deyib.

Rüstəm Məmmədovun fikrincə, Tramp prezident kimi beynəlxalq və xarici siyasətdə ciddi səhvlər edib: “ABŞ-ın Yaxın Şərq siyasətini Tramp darmadağın edib. Odur ki, impiçment baş verəcək. Özü də Trampın qarşısına yeni namizəd də çıxıb, milyarder Blomberq. Bu o deməkdir ki, ABŞ hakimiyyətində dəyişiklik baş verəcək”.

Mütəxəssisin fikrincə, Blomberqi namizəd kimi ortaya əslində ABŞ-ın milyarderlər klubu çıxarıb: “Düzdür, Tramp da milyarder idi, amma lazım olan siyasəti apara bilmədi, müəyyən mənada axmaq qərarlar qəbul etdi. Onun səhvləri nəticəsində yaxın Şərqdə, Ukraynada, Rusiyada fərqli məsələlər ortaya çıxdı”.

Professor hesab edir ki, impiçmentin baş tutmama ehtimalı sıfırdır: “Əgər prosedura başlanıbsa, deməli baş tutacaq. Bəzən deyirlər ki, Sentda Tramp güclüdür. Amma xeyiri yoxdur. ABŞ qəribə ölkədir. Onlar maraqlarına uyğun olmayan addımın qarşısını o dəqiqə alırlar. Trampın hakimiyyətə gəlməsi böyük bir səhv idi. Blomberq bu səbəbdən deyir ki, Trampın fəaliyyətindən yorulmuşam və bu prosesi dayandırmaq istəyirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər