2 Dekabr 2019 18:43
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov səfir Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edib, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Corc Dik diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.


Müəllif: Səxavət