14 Dekabr 2019 00:48
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin oğlu Turqut Qəmbər də növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə T.Qəmbərin özü şəxsi feysbuk hesabında paylaşım edib.

"Bu gün növbədənkənar parlament seçkilərində iştirak etmək məqsədiylə namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm", - deyə o, bildirib.


Müəllif: Teleqraf.com