17 Yanvar 2020 11:13
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son aylar Ermənistanın hərbi doktrinasına yenidən baxılması hökumət üçün təcili ehtiyaca çevrilib. Görünür hakimiyyət məsələ ilə əlaqədar yaxında qərar verəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Nəşr Ermənistanın mövcud hərbi doktrinasının kifayət qədər zəif olduğunu etiraf edib:

“Ekspert və mütəxəssislərin təklifi ilə Ermənistanın hərbi doktrinası ilə bağlı məsələlər dəfələrlə qaldırılıb. Lakin indiyədək məsələ öz həllini tapmayıb. Mütəxəssislərin fikrincə, xüsusilə regional və geosiyasi proseslər, eləcə də zamanla ortaya çıxan və ölkə üçün ciddi problemlər yaradan müxtəlif amillər nəzərə alınmalıdır. Yeri gəlmişkən, hərbi doktrina 2007-ci ildə qəbul edilib.

Doktrinanın yeni variantının bu ilin sonuna qədər Təhlükəsizlik Şurasına müzakirəyə təqdim edilməsi mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər