21 Yanvar 2020 17:41
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərini izləmək üçün 112 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bura ATƏT-in Demokratik Təsisitlar və İnsan Hüquqları Bürosunun, MDB PA-nın müşahidə missiyaları daxil deyil.

Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, ATƏT DTİHB-nun 350, MDB PA-nın 250 nəfər uzunmüddətli müşahidəçisi olacaq:
“Ümumilikdə beynəlxalq müşahidəçilərin sayı əvvəlkindən çox olacaq. Yəqin ki, 1000-i keçəcək”.

MSK sədri bildirib ki, 30 231 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 29219-u dairə seçki komissiyalarında, 1012-si isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri müşahidəçilərin 18670 nəfərinin siyasi partiyaları təmsil etdiyini bildirib. O, ümumilikdə 16 siyasi partiyanın qeydə alınmış müşahidəçisinin olduğunu vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər