22 Yanvar 2020 12:20
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 saylı Xətai üçüncü Seçki Dairəsində yarış və rəqabət mühiti getdikcə gərgin bir davaya çevrilməkdədir. Ümid Partiyasının lideri, deputatlığa namizəd hörmətli İqbal Ağazadə çılğın və qaydasız bir taktika ilə fərqlənməkdədir. Onun bəzi addımları və yaradıcı potensialı çoxlarını heyrətləndirməkdədir. Özünə əsas rəqib, arzuladığı mandatına 1 saylı təhlükə hesab etdiyi Rauf Arifoğlunu ("Yeni Müsavat" Media Qrupunun təsisçisi) hədəf götürərək, tətbiq etdiyi texnologiyalar hikkəli mahiyyətilə, üstəlik, cəza xarakteri ilə fərqlənir. Onun atdığı addımları sıraya düzəndə, ortaya bir səhnə çıxır: Ağazadə yarışmır, dalaşır! Bu, onun üçün artıq seçki deyil, son dava kimi bir şeydir. Adam bütün varlığını və varidatını ortaya qoyub. Lakin mövcud mənzərə insanı üzür: özünü iqtidara alternativ kimi göstərən, dəfələrlə prezident olmaq üçün seçkilərə qatılan bir siyasi lider ən aşağı və vicdansız hesab olunan addımlara əl ata bilir. Görünən budur: bu oyunda onun üçün qırmızı xətt yoxdur. Ağazadə tarana gedir.

Kiçik xatırlatma: Rauf Arifoğlunun onunla eyni dairədən namizədliyi bəlli olan kimi, dərhal, anındaca bütün virtual imkanlarını "Yeni Müsavat"ın rəhbərinə qarşı yönəltdi. Qəzetimiz və kollektivimizlə dost olan Ümid yetkililəri, Ağazadə tərəfdarları "bizim dairədən niyə deputat oldun" deyə, bir neçə dəqiqənin içindəcə, düşmənə çevrildilər. Proses indi də davam edir.

Daha sonra hər kəsi heyrətləndirən, Azərbaycan seçki tarixinə damğasını vuracaq bir avantüraya imza atıldı: İqbal Ağazadə Rauf Arifoğluna dublikat tapdı və onu saxta imzalarla qeydiyyatdan keçirtməyi bacardı.

Qusar rayonunda, Məlikov küçəsi, ev 7 ünvanında yaşayan, ağır xəstə olan Abbasov Rauf Çərkəz oğlu adlı bir Azərbaycan vətəndaşı tapılır və Bakıya, Xətai rayonuna gətirilir. Burada Ümid Partiyasının üzvlərindən biri onun səlahiyyətli nümayəndəsi olur və proses başlayır. “Yeni Müsavatın” təsisçisi Rauf Arifoğlunun rəsmi sənədlərdəki soyadının Abbasov olduğunu qeyd etsək, xəstə Qusar sakininin qəflətən Bakıda peyda olmasının səbəbini anlayarıq. Onun şansı gətiribmiş: İqbal Ağazadəyə seçki bülletenində ikinci Rauf Abbasov lazım idi. Qusarlı Raufun həyatında bəlkə də heç zaman olmadığı 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmasının səbəbini artıq bütün ölkə bilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər