3 Fevral 2020 12:54
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyası (PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Teleqraf.com secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.


Müəllif: Səxavət