5 Fevral 2020 16:48
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçi dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bitərəf Rəşad Camalovun ikili vətəndaşlığının olması ilə bağlı sözügedən DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.

Teleqraf.com-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikasının vətəndaşlığının olduğunu, ikili vətəndaşlığının olmadığını və öhdəlik ərizəsində başqa dövlətlər qarşısında öhdəliyi olmadığını bildirib:

“Ancaq sonra məlum olub ki, ona 2006-cı ildə Rusiya vətəndaşlığının olması ilə bağlı pasport verilib. Bu da Azərbaycan Konstitusiyasına ziddir”.

A.Muxtarova 46 saylı Şirvan şəhər dairə seçki komissiyasının R.Camalovun namizədliyinin qeydə alınmasına dair qərarının ləğv edilməsini təklif edib.

MSK sədrinin müavini aşkarlanan halın təəssüf doğurduğunu, seçiciləri məyus etdiyini və xoşagəlməz bir hal olduğunu vurğuılayıb.

MSK sədri Məzahir Pənahov deyib ki, ikili vətəndaşlığın olmaması konstitusion prinsipdir.

Müzakirələrdən sonra R.Camalovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, R.Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.


Müəllif: Səxavət

Oxşar xəbərlər