9 Fevral 2020 20:18
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “AJF & Associates Inc.” şirkəti Milli Məclisə keçirilən seçkilərlə bağlı ekzit-pollun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mərkəzin vitse-prezidenti Corc Börnbaun 1053 seçki məntəqəsi üzrə ekzit-poll sorğusu keçirildiyini bildirib.

Sorğuda 2106 seçki hüququ olan şəxsin iştirak etdiyini bildirən vitse-prezident nəticələrin 47 sahə üzrə nəzarətçiyə təqdim olunduğunu vurğulayıb.

Ekzit-pollun nəticələrinə əsasən, YAP 69, bitərəf namizədlər 41, VHP 3, DİP 1, BQP 1, BAXCP 1, VP 1 yer qazanıb.


Müəllif: Teleqraf.com