12:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan il ərzində çox fəal xarici siyasət yürüdüb".

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, il ərzində dövlət başçısı İlham Əliyevin qoyduğu hədəflərə uyğun olaraq, ikitərəfli əsasda ölkəmiz münasibətlərin inkişaf etdirilməsində, eyni zamanda böyük beynəlxalq platformalarda çox fəal xarici siyasət yürüdüb:

"Bu il nəinki ölkəmiz üçün, eyni zamanda dünyanın beynəlxalq gündəliyində ən önəmli, vacib tədbirlərindən biri - COP29 beynəlxalq konfrans olmuşdur ki, o da böyük uğurla həyata keçirildi. Sözün əsl mənasında Azərbaycanda tarixi qərarlar qəbul olundu. Bunlar COP29-da ən mürəkkəb mövzu hesab edilən maliyyə məsələsinin həlli, Paris Sazişinin altıncı maddəsinin icrasının təmin edilməsi, ümumiyyətlə 60-a yaxın çox önəmli qərarların qəbul edilməsidir".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər