13 Fevral 2020 13:56
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 fevralda keçirilən Növbədənkənar Parlament seçkilərində 35 saylı dairədən ən çox səs toplayan Rauf Arifoğlu nəticələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, R.Arifoğlu bəzi şəxslərin sosial şəbəkələrdə manipulyasiya ilə məşğul olduğunu bildirib: "MSK 35-ci dairənin nəticələrini ləğv etsin, bir daha yarışaq! Sosial şəbəkədə fırtına yaradırlar. Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar, insanları manipulyasiya edirlər. Təmiz, halal bir qələbə qazanmışam, qəbullana bilmirlər. Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər. 5000 fərqlə özündən razı rəqibimi qutuda qoymuşam, qane olmurmu? Qəbul etmirmi? Mən də razıyam. Bir daha yarışaq! Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan. Heç nə dəyişməyəcək, yenə udacam. Hodri meydan, yarış yenidən başlasın!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər