20 Fevral 2020 17:28
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlində olan materialın, videogörüntünün sənin mövqeyini, şikayətini gücləndirdiyinə əminsənsə, onu ortaya qoy. Sosial şəbəkələrə yerləşdir, bütün ölkə baxsın.

Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə seçki pozuntularına dair 385 görüntü var:

“Qoyun, bütün ölkə baxsın, görsün ki, ciddi pozuntu var. Yəni, şikayətçi tərəf özü bunda maraqlı olmalıdır. Mənə elə gəlir ki, onları bilərəkdən bunu ortaya qoymurlar. Sosial şəbəkələrə qoymur, amma burda gəlib deyir ki, əlimdə videogörüntü var”.

MSK sədri bildirib ki, əgər ortaya qoymurlarsa, demək, başqa maraq var:

“Başqa maraq da effekt yaratmağa xidmət edir. Bundan sonra şikayət ərizəsinə nə qoyulacaqsa, ancaq onlara baxılacaq.
Qalanları qəbul olunmayacaq. Yəni, iclas gedəndə videogörüntüyə malik olduqlarını deyənlərin iddiaları qəbul olunmayacaq. Seçki pozuntuları olduğunu iddia edənlər onu ortaya qoymurlarsa, demək onların videosunda məntəqə seçki komissiyalarının fəaliyyətinə kölgə salacaq heç nə yoxdur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər