Martı 16-da Milli Məclisdə Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Erkin Qədirli məlumat yayıb.
Onun sözlərinə görə, iclasda koronavirusla bağlı ölkəmizdə hazırkı durum və görülən tədbirlər müzakirə olunacaq.
Deputat Səhiyyə Nazirliyinin rəsmilərinin də iclasda iştirak edəcəyini vurğulayıb.