17 Aprel 2020 13:16
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihələri haqqında deputatlara Müdafiə, təhlükəsizlik və korrupsuya komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

“Sərhəd mühafizə orqanları haqqında” Qanunun 2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “hərbi peşə təhsili məktəblərindən” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrindən” sözləri ilə əvəz edilir.

“Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsində “dövlət” sözü "bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə” sözləri ilə əvəz edilib.

Həmçinin “Peşə təhsili haqqında” Qanununun 13.8-ci maddəsinin birinci cümləsində “Peşə” sözü “Dövlət peşə” sözləri ilə əvəz edilib.

Bu maddəyə “Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsil verənlərin attestasiyası keçirilir” cümləsi də əlavə olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər