5 May 2020 12:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, konvensiyanın təsdiq edilməsi Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilir.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, konvesiya 47 ölkə tərəfindən ratifikasiya edilib.

O, Azərbaycanın konvensiyaya xüsusi bəyanatla qoşulduğunu xatırladıb:

“Bəyanatda Azərbaycanın işğal edilən ərazilərində konvensiyanın tətbiq edilməyəcəyi bildirilib. Konvensiyanın təsdiq edilməsi Azərbaycanın təbliğ edilməsi imkanlarını genişləndirəcək, YUNESKO-Azərbaycan əlaqələrini inkişaf etdirəcək”.

Sonda Milli Məclis YUNESKO-nun 1958-ci il 3 dekabr tarixli “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edib.


Müəllif: Cavad

Oxşar xəbərlər