Yaxın günlərdə 1news.az saytı öz mənbəsinə istinadla sensasiyalı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, sayt iddiaların çox ciddi olduğunu nəzərə alaraq, yayımlamadan əvvəl etibarlılığını yoxlayıb.
Redaksiyaya ünvanlanan məlumatda qeyd edilir:
“Hörmətli redaksiya, hər vaxtınız xeyir!
Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.
Beləliklə, əvvəlcə qeyd edim ki, bu, özlərini demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin və Mehman Hüseynovlar qardaşlarına aiddir.
Və daha dəqiq desək – onların valideynlərindən biri. Yəni anaları – qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahimov qızı Hüseynova ilə bağlıdır.
Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.
Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar etdim.
Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib).
Həqiqətdə isə, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).
1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.
Beləliklə, belə bir maraqlı vəziyyət ortaya çıxır – demək olar ki, "Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki əsas nəfərin anası erməni imiş. Bu da ictimaiyyətdən ciddi şəkildə gizlədilib.
Bunların Azərbaycan uğrunda mübarizəkar olmaları ritorik sual doğurur. Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsini xatırlayırıq və buna göz yummamalıyıq.
Sonra E.Hüseynov əlavə etdi ki, guya azərbaycanlılar “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu alovlu çıxışdan sonra erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaqüstə alqışladılar.
Yeri gəlmişkən, xatırlamırıq ki, Eminin kiçik qardaşı, özünü demək olar ki, “millətin vicdanı” adlandıran Mehman Hüseynov öz fəaliyyətində Dağlıq Qarabağın erməni təcavüzkarları tərəfindən işğalına diqqət yetirsin. “Çox şanslı təsadüfdən” o, yalnız daxili auditoriyaya etdiyi çoxsaylı çıxışlarında deyil, xaricdə keçirilən tədbirlərdə də bu mövzundan yan keçir.
Bütün bunların fonunda, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan, Yevgeniya Ovanesovanın dəfn mərasimində “bu qadının Azərbaycanın iki əsl vətənpərvərini necə yetişdirməsi” ilə bağlı təriflər səsləndirən müxalif AXCP sədri Əli Kərimli çox gülünc görünür.
Beləliklə, nəticədə analarının milliyəti ilə bağlı məlumatı Hüseynov qardaşları necə şərh edəcəklər?
Yaşayarıq, görərik.
Hörmətlə və bu materialın nəşrinə ümidlə”.
Firəngiz Bədir-zadənin doğum haqqında şəhadətnaməsi (Yevgeniya Ovanesova)