11 Avqust 2020 13:24
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Tvitter səhifəsində məlumat yerləşdirilib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ceyhun Bayramov XİN başçısı qismində Türkiyəyə bu gün ilk rəsmi səfərini edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər