11 Avqust 2020 13:33
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərban Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət