14 Avqust 2020 23:39
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBC-nin suallarına verdiyi cavabları ilə erməni baş nazir özünü ifşa etdi və Ermənistanın işğalçılıq siyasətini bütün dünyaya açmış oldu. Çünki jurnalist kifayət qədər əsaslandırılmış suallar qoymaqla yanaşı onun cavablarına da müəyyən düzəlişlər edirdi. BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən icra edilməməsi sualına isə Paşinyan cavab tapa bilmədi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasınnda Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

“BBC-nin jurnalisti açıq şəkildə qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı və ətraf rayonları işğal altında saxlayır və onlar işğalçı qüvvələrdir”.

Millət vəkili bildirib ki, sualların qarşısında Paşinyan əsassız arqumentlər səsləndirməklə kifayətlənməli oldu:

“Ermənistan dövlətindən işğal altındakı Dağlıq Qarabağa yolun çəkilməsi ilə bağlı Avropa Parlamentində də müzakirələrin aparıldığını bildirən jurnalistin bu sualına da erməni baş nazir daha gülünc şəkildə cavab verib. Prosesdən xəbərinin olmadığını və işi onların icra etmədiyini deməklə məsələdən yayınmağa çalışıb. Buradan da Paşinyanın əqli və intellekti ilə bağlı şübhələr yaranmağa başlayır. Çünki necə ola bilər ki, ölkəsində irimiqyaslı bir yol çəkilişi olur və baş nazirin bundan xəbəri olmur. Bu tamamilə gülünc bir məsələdir”.

Millət vəkili qeyd edib ki, Paşinyanın Artsak adını çəkməsi, guya bunun da min illiklərə dayanan tarixi olması iddiasına isə jurnalistin "bu günki reallıqdan danışaq" ifadəsi erməni yalanının növbəti bir ifşası idi: “Demək olar ki, britaniyalı jurnalist bu “Artsak” məsələsini bir növ zibil yeşiyinə atmış oldu. Həmçinin britaniyalı jurnalistin Paşinyanın Dağlıq Qarabağa səfəri və orada “Qarabağ Ermənistandır” ifadəsi işlətməsinə diqqət çəkərək onun da sülh adamına oxşamamasını vurğulayıb. Buna isə erməni baş nazirin daha absurd cavab verərək məsələdən növbəti dəfə yayındığını bütün dünya ictimaiyyəti görmüş oldu”.

Elman Nəsriov bildirib ki, bu gün bütün dünya artıq Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı faktları qəbul edir. “Artıq hər kəs bilir ki, Ermənistan dövləti işğalçıdır. Erməni baş nazirinin Qarabağla bağlı səsləndirdiyi “Qarabağ Ermənistandır” ifadəsi kökündən yanlışdır. Bir daha aydın oldu ki, Paşinyan öz sələflərinin işğal siyasətini həyata keçirir. O öz siyasi opponentlərinə qarşı təqiblər həyata keçirir. Eyni zamanda onun tarixə müraciətləri isə heç bir məntiqə qarşı dözümlü deyil.

Deputat bildirib ki, Cənab Prezident İlham Əliyev bir neçə dəfə Paşinyana möhkəm tarix və hüquq dərsi keçib: “Bu gün isə Paşinyanın bir şagird səviyyəsində suallara cavab vermək iqtidarında olmadığı məlum oldu. Bir daha aydın oldu ki, hazırda Ermənistanı səviyyəsiz bir adam idarə edir. Belə olan vəziyyətdə Ermənistanda hətta postpandemiya dönəmində belə yenidən inqilabın olacağı qaçılmazdır. Ölkəsində pandemiya baş alıb gedib, baş nazir dövlətə nəzarəti itirib. Amma bunun müqabilində onlar cəbhədə təxribata əl atır. Faktiki olaraq Ermənistan Cənubi Qafqazın qırmızı zonasına çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər