29 Oktyabr 2020 19:00
3 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, təcavüz aktıdır. Cenevrə konvensiyaya görə mülki əhalinin hədəfə alınması və öldürülməsi beynəlxalq cinayətdir. Bu səpkili cinayətlərə adətən Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi baxır. Azərbaycan və Ermənistan bu qurumun nizamnaməsini təsdiq etməyib. Bu səbəbdən də Azərbaycan birbaşa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilməz.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Ermənistan ordusunun Bərdə, Tərtər, Gəncə, Ağdam və digər şəhərlərdəki mülki obyekt və insanlara raket zərbəsi endirməsinin hüquqi nəticələrini şərh edərkən deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir ki, erməni tərəfinin insanlıq və bəşəriyyət əleyhinə olan cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində məsələ qaldırsın.

Q. Əlibəyli xatırladıb ki, Respublika Baş Prokurorluğğu xətti ilə ölkə daxilində cinayət işi qaldırılıb, lazımi materiallar toplanılır: “Gələcəkdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxarsa, bu materiallar hüquqi faktlar və sübutlar sayıla bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər