22 Dekabr 2020 22:09
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 22 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparıldı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər