13 Yanvar 2021 19:04
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm.

Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir.

Yeni yaşınızın Azərbaycan üçün xeyirli olmasını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm.

Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram".


Müəllif: Teleqraf.com