5 Aprel 2021 11:40
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bütün məsələlərdə olduğu kimi minaların təmizlənməsi məsələsində də Azərbaycana əlindən gələn dəstəyi verməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, indiyə qədər Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Türkiyə bu xəritələrin tez bir zamanda Azərbaycana verilməsini tələb edir. Eyni zamanda minaların təmizlənməsi məsələsində də Azərbaycana dəstək veririk. Hazırda Türkiyənin minatəmizləmə qrupları da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər