20 Aprel 2021 21:23
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya əhalisinin sayının azaldılması ilə bağlı uzun illərdir ki, Qərb mətbuatında, elmdə və fəlsəfədə müəyyən fikirlər və ideyalar var. Homoseksualların evlənməsinə icazə verilməsi, ailə planlaşdırılması, müəyyən qidalara sonsuzluq əmələ gətirən maddələrin əlavə edilməsi, məhsulların geninin dəyişdirilməsi - bu istiqamətlərdə əhalinin artımının qarşısını almaq üçün işlər görülür”.

Bu fikirləri Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, bu məqsədlə başqa addımlar da atılır:

“COVID-19 virusu da belə silahlardan birinə oxşayır. Elm ortaya qoyur ki, müəyyən etnik qruplar, yaş kateqoriyalarını sıradan çıxarmaq üçün dərmanlar istehsal edə bilirlər”.

Koronavirusun süni şəkildə yayıldığını istisna etməyən partiya sədri əlavə edib ki, bu xəstəlik əvvəlcədən elmə məlumdur:

“Bəzi xüsusiyyətlər göstərir ki, virusun geninə müəyyən dəyişilmələr edilib. Bunu da ancaq dövlət edə bilər. İndiki halda pandemiyanın ilk olaraq Çindən yayıldığını nəzərə alsaq, mümkündür ki, bu infeksiya Çin laboratoriyalarından çıxıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər