27 Aprel 2021 00:13
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Baydenin heç bir gerçək tarixə və huquqa söykənmədən 1915-ci il olaylarını erməni “soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticələri ola bilməz və olmayacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Baydenin 1915-ci olaylarını erməni “soyqırımı” adlandırılması qərəzli və acizlikdir:

“Bu, eyni zamanda ABŞ-ın xırda bir erməni lobbisinin təsiri altında olmasının isbatıdır. Demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaların ABŞ və digər ermənipərəst ölkələr üçün təzyiq aləti olduğu sübut edildi"

Deputat cənab Prezidentin Baydenin bu yanaşmasını tarixi səhv adlandırmasını bəzi ölkələrin riyakar siyasətinə açıq münasibət olduğunu bildirib:

“Bu, eyni zamanda Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir”.

Məlahət İbrahimqızı qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə ortaq tarix komissiyanın yaradılması, arxivlərin açılması ilə bağlı təklif edib:

“Sözsüz ki, qarşı tərəf buna razı olmayacaq. Çünki tarixi faktların aşkarlanmasi nə Ermənistana, nə də ki, onların vasitəsi ilə siyasi riyakarlıq edənlərə sərf etməyəcək. 29 il öncə baş vermiş Xocalı soyqırımı ABŞ-ın da bəzi ştatları tərəfindən tanınıb. Buna baxmayaraq, ABŞ prezidentinin 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibət bildirilməsi tarixə olan hörmətsizlikdir”.

Millət vəkili xatırladıb ki, heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz:

“Bu birliyin gücü 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə dünyaya nümayiş olundu. Azərbaycan-Türkiyə birlikdə bir gücü, bir adı, bir məramı ifadə edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər