11 İyun 2021 11:43
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci il müstəqil Azərbaycanın tarixində mühüm hadisələrlə yadda qaldı. 44 günlük Vətən müharibəsində qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə Azərbaycan ciddi addımlar atdı və bu bəladan az itkilərlə çıxmaqdayıq. Artıq karantin rejimi ilə bağlı da ciddi yumşalmaların olduğunu görürük”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov çıxışı zamanı təklif də irəli sürüb:

“2021-ci ildə daha bir mühim hadisənin - Müstəqillik Aktının qəbul olunmasının 30 ili tamam olur. Biz bu zalda 30 il bundan qabaq bu Aktı qəbul etmişik, müstəqilliyimizi elan etmişik. Bizi müstəqil dövlət kimi ilk olaraq Türkiyə, ikinci isə Pakistan tanıyıb. 1918-ci ildə müstəqil Azərbaycan cəmi 23 ay yaşayıbsa, 1991-ci ildə elan etdiyimiz müstəqillik 30 ildir davam edir. Təklif edirəm ki, parlament bununla bağlı bir tədbirlər planı hazırlasın və bütün dünyaya bəyan edək ki, biz 30 ildir müstəqilik, ərazi bütövlüyümüzü bərpa etmişik”.


Müəllif: Nemət