18 İyun 2021 09:14
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında 4 saat çəkən görüş haqqında tərəflər tam fərqli açıqlamalar verir. Rusiya mediası yazır ki, hər şey qaydasındadır. Amma nəyin qaydasında olduğunu deyən yoxdur. ABŞ dövlət katibi isə Rusiya və Çin duetinin nəinki ABŞ-a, hətta bütün dünyaya qarşı olduğunu gündəmə gətirir, bunu böyük təhlükə adlandırır.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ABŞ və Rusiya prezidentlərinin dünən Cenevrədə baş tutan görüşünü şərh edərkən deyib.

Cümşüd Nuriyev deyir ki, 4 saat çəkən danışıqlarda nələrin razılaşdırılıb-razılaşdırılmadığını demək çətindir. Onun sözlərinə görə, bir neçə gündən sonra danışıqların neçə keçməsi haqqında dəqiq proqnoz irəli sürmək mümkün olacaq:

“Əgər Rusiyanın əsas kanalları olan RTR və ORT anti-ABŞ kampaniyasına, eləcə də Jirinovskilər peyda olub Amerikanı söyməyə başlasalar, deməli, Rusiya həmin danışıqlarda uğur qazana bilməyib”.

Politoloq əmindir ki, bu danışıqlar Rusiyanın sonunun başlanğıcı deməkdir: “Amerika heç cür imkan verməyəcək ki, Rusiya yenidən güclənsin və istədiyi formada keçmiş SSRİ-yə oxşar bir dövləti bərpa etsin. Diqqət etsəniz görərsiniz ki, Avropa Birliyi də Belarusun üzərinə gəlir. Yəni təhlükəsizlik zolağı var. Hazırda Rusiyanın Ukrayna ilə başı da dərddədir. Bu mənada inanmıram ki, Bayden ABŞ maraqlarını sata. ABŞ və Rusiya arasında istənilən formada qarşıdurma var”.


Müəllif: Nemət

Oxşar xəbərlər