25 İyun 2021 14:35
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının son qurultayından sonra partiyanın struktur və təşkilatlarında dəyişikliklər həyata keçirilir.

Teleqraf.com-un aldığı məlumata görə, artıq YAP-da iki millət vəkilinin təşkilat sədri kimi fəaliyyətinə xitam verilib.

YAP Nəsimi rayon təşkilatının sonuncu rayon konfrasında təşkilata sədrlik edən millət vəkili Məlahət İbrahimqızı vəzifədən uzaqlaşdırılıb. Eyni zamanda YAP Qaradağ rayon təşkilatının sonuncu rayon konfransında deputat Aydın Hüseynovun da təşkilatın sədri kimi fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında bir sıra struktur, kadr islahatları ilə bağlı qərar verilib. Partiyanın nizamnaməsi dəyişdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər