“Rusiya Fransanın Qarabağ danışıqlarında vasitəçilik səylərini razılaşmaların həyata keçirilməsinə töhfə verərsə, bunu alqışlamağa hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiyanın Fransanın Rusiya-Azərbaycan-Ermənistan formatına qoşulmaq niyyətinə hansı mövqeyi sərgilədiyi sualına Peskovun cavabı belə olub:
“Vasitəçilərin səyləri barışıq gətirərsə, bu, yalnız müsbət qarşılana bilər. Bu, mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, o zaman yalnız xoş qarşılamaq olar”.
Peskov hesab edir ki, vasitəçilərin səyləri tərəflər arasında barışığa və bölgədə sabitliyə xidmət etməlidir, eyni zamanda proqnozlaşdırıla bilən olmalıdır.