“Tunisdə bir çevriliş olub, bu, qəbuledilməzdir".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə hər zaman çevrilişlərə qarşıdır: “Cevrilişlərin hamısı olkələri on illərlə geri atır, bu cinayətdir. Çevrilişlər xalqların demokratik seçiminə qarşı yönəlib. Biz Türkiyə olaraq Tunisdəki çevrilişə qarşı olduğumuzu bəyan edirik”.