14 Sentyabr 2021 00:15
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər