21 Sentyabr 2021 14:42
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında dialoqun bərpasına kömək etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron erməni həmkarı Armen Sərkisyana Ermənistanın Müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda deyib.

Fransa lideri məktubunda 30 il Azərbaycan ərazilərini işğalda saxlamış Ermənistana öz dəstəyini açıq şəkildə ifadə edib.

Makron Fransanın bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamağa çalışdığını və Qarabağdakı qanlı müharibədən bir il sonra üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə Ermənistanın yanında olduğunu vurğulayıb.

“Fransa Cənubi Qafqazın özünəməxsusluğunu və zənginliyini əks etdirən bölgənin (Qarabağ) zəngin mədəni irsinin qorunmasına xüsusi sadiq olacaq. ATƏT-in Minsk qrupu çərçivəsində regional inkişaf və rifah naminə Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək naminə münaqişənin davamlı həlli üçün səylərimizi əsirgəməyəcəyik”, - Makron qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu