21 Sentyabr 2021 17:48
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.

Qeyd olunur ki, R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin müzakirə olunacağını bildirmişdi.


Müəllif: Teleqraf.com