29 Sentyabr 2021 11:19
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin bu gün Soçidə görüşəcək.

Teleqraf.com xəbər verir ki, proqramda nümayəndə heyətləri arasında görüş yoxdur, iki lider təkbətək danışacaq.

Görüşdə Suriya gündəmdə olacaq.

Məlumata görə, Ərdoğan əvvəlcə YPG/PKK terror təşkilatının Təl-Rıfat və Mənbicdəki varlığına diqqət çəkəcək və Astana razılaşmalarına uyğun olaraq terrorçuların bölgədən çıxarılmasının vacibliyini vurğulayacaq.

2019-cu ilin oktyabrında Rusiya ilə imzalanmış Soçi anlaşması YPG terror təşkilatının Fərat çayının 30 kilometr cənubundan geri çəkilməsini nəzərdə tutur. Ərdoğan anlaşmanın ən qısa müddətdə həyata keçirilməsini Putinin diqqətinə çatdıracaq.

Son vaxtlar Rusiyanın nəzarətində olan bölgələrdə (Suriya) Türkiyənin mövqelərinə qarşı hücumlar olub. Ərdoğan bu mövzuda da narahatlığını Putinə bildirəcək və hücumların qarşısının alınmasını istəyəcək.

Ankara və Moskva 2017-ci ildən bəri İdliblə bağlı xüsusi təmasdadır. İdlib ətrafındakı humanitar fəlakətin qarşısını almaq məqsədilə bölgədəki terror təşkilatlarının məhv edilməsi üçün danışıqlar aparılır. Ərdoğan və Putinin 2018-ci il sentyabrın 17-də Soçidə imzaladığı müqavilə bu baxımdan əhəmiyyətli addım idi. Türkiyə bu yolla bir müddət Rusiya və bölgədəki rejimin hücumlarının qarşısı ala bilmişdi. Ancaq Əsəd rejimi tez-tez imzalanan müqavilələri pozurdu. Buna görə də, Ərdoğan və Putin bölgədəki gərginliyi azaltmaq üçün Moskvada görüşdü.

İdlib məsələsi son 3 ildə Türkiyə-Rusiya münasibətlərində ən kritik mövzudur. İki ölkə lideri - Ərdoğan və Putin münasibətlər qarşısındakı bu maneəni aşmaq üçün təmasları kifayət qədər sıxlaşdırıb. Bu məsələ bu gün Soçidə keçirləcək görüşdə də müzakirə olunacaq.

Suriyadan yeni qaçqın dalğası təhlükəsi də müzakirə mövzusu olacaq.

Eyni zamanda, Ərdoğan-Putin görüşünda başda Liviya və Əfqanıstan olmaqla, Cənubi Qafqazdakı mövcud regional gəlişmələr və digər beynəlxalq problemlər müzakirə ediləcək. Bundan əlavə, Türkiyə-Rusiya münasibətlərinə yenidən baxılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər