Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının üç saat yarım çəkən iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda humanitar vəziyyət, Suriya xalqının təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.
Təhlükəsizlik Şurasının bəyanatında iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal birgə mübarizə planlarının həyata keçirilməsinin zəruriliyi bildirilib.
Türkiyənin dost və qardaş Əfqanıstan xalqının firavanlığı və təhlükəsizliyi istiqamətində səylərini davam etdirəcəyi vurğulanıb.
İclasda həmçinin Suriyada silahlı qruplaşmaların dinc insanları hədəfə alan və sabitliyə ziyan vuran hərəkətlərinin qarşısının alınması üçün Türkiyənin apardığı siyasi xətt xüsusilə vurğulanıb.