15 Oktyabr 2021 18:13
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı “Azərbaycan Respublikasının Müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” adlı inşa-yazı müsabiqəsinin keçirilməsinə start verilib.

Teleqraf.com xəbər verir ki, gənclər, o cümlədən Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında 15.09.2021-ci ildən 15.10.2021-ci ilədək müddətdə keçirilmiş müsabiqənin məqsədi gənclərin müvafiq mövzuda biliklərinin artırılması, eləcə də onların maariflənməsi və dünyagörüşlərinin genişlənməsi olub.

Oktyabrın 15-də Bakı şəhəri 144 saylı orta məktəbdə inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutub.

Bakı şəhəri üzrə Təhsil idarəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, məktəbin müəllim-şagird heyəti və BTİ İnkişaf layihələri Sektorunun müdiri iştirak ediblər. Tədbirdə 144 saylı məktəbin direktoru Q. Sultanova, MDB PAA DİMBİ Bakı filialının direktoru T.Muradov və BTİ İnkişaf layihələri Sektorunun müdiri G. Qurbanova Azərbaycan Respublikasının müstəqilliyi tarixi haqqında çıxışlar ediblər. Tədbirin ikinci hissəsində MDB PAA DİMBİ Bakı filialı tərəfindən inşa-yazı müsabiqəsinin qaliblərinə (Əliyeva Sitarə birinci yer, Yedgarlı Fənusə ikinci yer, Məhərəmova Nərmin üçüncü yer) və fərqlənən iştirakçılara (7 nəfər) diplom, sertifikat və hədiyyələr təqdim olunub.


Müəllif: Nemət