25 Oktyabr 2021 16:32
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Azərbaycana birgünlük işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezident Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Füzuli rayonunda yeni inşa edilmiş Beynəlxalq Hava Limanının açılış və Türkiyənin qatqısı ilə Zəngilanda inşa ediləcək Ağıllı Kənd Təsərrüfatı Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Səfər zamanı Türkiyə-Azərbaycan münasibətləri hər cəhətdən nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlər zamanı cari, regional və beynəlxalq məsələlər, eləcə də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.


Müəllif: Mənsur Rəğbətoğlu