Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şurası (TŞ) katiblərinin hər il keçirilən sayca doqquzuncu görüşü başlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı TŞ-nin katibi Ramil Usubov təmsil edir.
İştirakçılar arasında Rusiya TŞ-nin katibi Nikolay Patruşev və Ermənistanın TŞ katibi Armen Qriqoryan da var.