Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilir.
Teleqraf.com xəbər verir ki, görüşdə ilk olaraq çıxış edən V.Putin ikitərəfli əməkdaşlıqla bağlı danışıb. Humanitar əməkdaşlığın səviyyəsini qeyd edən V.Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə sizə təşəkkür etmək istəyirəm, 304 məktəb, hətta daha çox... Azərbaycanlı həmkarı ilə görüşdə deyib. 340 nəfər rus dilini öyrədir, Azərbaycanda məktəblilərin 34 faizi bu və ya digər şəkildə rus dilində təhsil alır”, - Putin azərbaycanlı həmkarı ilə görüşdə deyib.
Prezident Putin Rusiya sülhməramlılarının Qarabağdakı müsbət rolunu qeyd edib.
“Qarabağda sülhməramlılar müsbət rol oynayır, ancaq təəəsüf ki, regionda insidentlər davam edir. Biz ona görə toplaşmışıq ki, Qarabağda nizamlanma üçün şərtlər formalaşdıraq. Bunun nəticəsində insanlar sakit yaşasınlar”, - deyə V.Putin qeyd edib.