15 Dekabr 2021 12:03
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Laçın və Zəngəzur dəhlizinin eyni formada işləməli olduğunu, əks təqdirdə Bakının da Laçın dəhlizində gömrük-nəzarət postu qurması üçün hərəkətə keçəcəyi haqda bəyanatı Xankəndidə qalan separatçı tör-töküntüləri qorxutmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu qorxu sözdə özünü separatçı tör-töküntülərin “xarici işlər naziri” adlandıran David Babayanın Ermənistan mediasına verdiyi açıqlamada özünü büruzə verir.

Babayan bildirib ki, Azərbaycanın mövqeyini proqnozlaşdırmaq olardı və onlar bu yanaşmanı gözləyirdi. Onun sözlərinə görə, Azərbaycan bu addımlarla Xankəndidəki qanunsuz qüvvələri boğmağa çalışır: “Amma məsələ təkcə bu deyil, daha qlobal oyun gedir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə Türkiyə ilə Azərbaycan arasında maneəsiz əlaqə nə deməkdir? Bu, ərazinin müəyyən əraziləri üzərində suverenliyin itirilməsidir. Bu gün bir “dəhliz”, sabah başqa “dəhliz” olacaq. Axı Mehridən danışmırlar, Zəngəzur deyirlər. Zəngəzurda bir neçə dəhliz ola bilər. Əslində, dəhlizlə bağlı ən azı iki istinad artıq ortaya çıxıb. Biri Mehridən keçən dəmir yolu, digəri Sisiyandan keçən avtomobil yolu”.

Separatçı bununla Azərbaycanın etmək istədiyinə dair özünün fərziyyələrini səsləndirib: “Əvvəlcə Ermənistanı tamamilə parçalayır. Belə çıxır ki, Ermənistan ərazisinin təxminən üçdə birinə nəzarəti itirir. Yalnız Sünik (Zəngəzur) üzərindən deyil. Bu o deməkdir ki, Ermənistan İrandan “qopur”. Sünik tamamilə mühasirəyə alınıb, Azərbaycan və Türkiyə tərəfdən tam anklav vəziyyətindədir, çünki onun Ermənistanla faktiki sərhədi olmayacaq. Təbii ki, Naxçıvanın Kəlbəcərlə birləşdirilməsi Şərqi Zaqafqaziyanın tam birləşməsi demək olacaq”.

Cinayətkar separatçı bildirib ki, Laçın dəhlizinə Azərbaycan tərəfindən istənilən nəzarətin yaradılması Xankəndinin “boğulması” demək olardı: “Bu halda yalnız iki çıxış yolu olacaq - ya yenidən müharibə olacaq, ya da burada bir erməni qalmayacaq. Buranın itirilməsi avtomatik olaraq Zəngəzurun, Göyçənin itirilməsi və ümumiyyətlə, erməni dövlətçiliyinin məhvi demək olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər