Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.
S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:
“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, - deyə o bildirib.