21 Yanvar 2022 13:39
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan elminin nailiyyətləri haqqında danışmağın özü sadəcə olaraq mümkün deyil. Uzun illər öncə ölkədə elmin inkişafı üçün ciddi islahatların vacibliyini önə çəkmişdim. Bu cür format və fəaliyyətlə elmimizi inkişaf etdirmək mümkün olmayacaq. O dövlət, cəmiyyət, güclü olur ki, orada elm inkişaf edir və nəticələr ən müxtəlif sahələrə tətbiq edilir. İnkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə belə inkişafı təmin edən ən mühüm şərtlərdən biri elm və onun iqtisadiyyata tətbiqidir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat Azərbaycanda elm sahəsində üstün fikirlərin söylənilməyəcəyinə təəssüfünü bildirib: “Azərbaycan elmi ağır durumdadır. Gənclərin elmə marağı, stimullaşdırılması sadəcə olaraq mümkün deyil”.

Partiya sədrinin fikrincə, AMEA-nın Tarix İnistutu fərqli bir institutdur: “Müstəqillik dövründən bəri bu institut öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Kimin nə deməsindən asılı olmayaraq Yaqub Mahmudov Tarix İnstitutunun direktoru olduğu dövrdə xalqımızın tarixinin obyektiv işıqlandırılması, ağ səhifələrin aradan qaldırılması sahəsində ciddi işlər görüldü. Məhz o dövrdə əhəmiyyətli tədqiqat əsərləri ortaya qoyuldu. İdeoloji baxımdan erməni böhtanlarına konkret elmi əsərlərlə cavab verildi. Yaqub Mahmudovdan sonra yeni nəslin nümayəndəsi, kifayət qədər tarix elminin inkişafında tədqiqat əsərləri ilə tanınan Kərim Şükürov artıq bir ildir ki, Tarix İnstitutuna rəhbərlik edir. Mən dünən onun açıqlamalarına diqqət yetirdim. Bir ilin içərisində Tarix İnstitutunun gördüyü xeyli işlərin şahidi oldum. Bunu qiymətləndirmək, dəyərləndirmək lazımdır”.

Fəzail Ağamalı hesab edir ki, bu cür halları qiymətləndirmək əvəzinə AMEA-nın prezidenti Ramiz Mehdiyev instituta və Kərim Şükürova qarşı ədalətsizlik edir: “Sadəcə olaraq orada Ramiz Mehdiyev onun ünvanına sərt elmi, tənqidi fikirlər söyləyən bir nəfərin işdən çıxarılmasına nail olmadığına görə, belə bir hal yaşanır. Kərim Şükürov da Mehdiyevin bu yanaşmasını ədalətsiz hesab edir. Ona görə də, bu cür mövqe ilə qarşılaşır. Kərim Şükürovun özü də etiraf edir ki, məişət səviyyəsində məsələlərə yanaşma var”.

Millət vəkilinə görə, kimsə-kimin fikirləri ilə razı olmaya bilər: “Buna görə də, bu insanları təqib etmək, sadəcə keçmiş sovet psixologiyasından, idarəçilik sistemində qalan çox eybəcər bir yanaşmalardır. Çox təəssüf ki, bu hal bütövlükdə AMEA-da özünü ifadə etməkdədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər