26 Yanvar 2022 22:27
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgədə Amerika ilə ortaqlığa aid nə varsa, Kreml onu Rusiya üçün təhlükə sayır və qonşularına “xəbərdarlıq mesajı” göndərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert “Rossiya-24” telekanalının efirində Azərbaycanla bağlı gündəmə gətirilən əsassız iddiaya diqqət çəkib:

“Rusiyada Kremlin sifarişlərini yerinə yetirən jurnalistlər arasında Arkadi Mamontov da var. Kreml hansı ölkəni və olayı hədəf alırsa bundan dərhal sonra Mamontovun Rusiyanın dövlət kanalında “jurnalist araşdırması” yayımlanır.

Mamontov bu dəfə Azərbaycanı hədəf alıb, demək, bu barədə ona yuxarıdan sifariş verilib. Arkadi Mamontovun yanvarın 22-də “Rossiya-24” telekanalında yayımlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından danışılarkən Azərbaycanda da gizli laboratoriyaların mövcudluğu iddia edilib.

Bəli, bu laboratoriyalar haqqında müxtəlif mülahizələr var. Məsələn, Gürcüstan və Ukraynada ABŞ laboratoriyalarının olduğu iddia edilir. Ancaq haqqında danışılan laborotoriyaların Moskvanın tərəfdaş olduğu ölkələrdə - Qazaxıstanda, Özbəkistanda, hətta Ermənistanda olduğu barədə də xəbərlər var. Ermənistan geri addım ataraq adıçəkilən labroratoriyanın qapılarını rusiyalı mütəxəssislərin üzünə açıb. Vaşinqton və tərəfdaş ölkələrin rəsmiləri həmin labroratoriyaların elmi araşdırmalarla məşğul olduğunu vurğulasalar da, Kreml iddia edir ki, həmin labroratoriyalar Rusiya üçün ciddi təhlükə mənbəyidir”.

Elxan Şahinoğlu qeyd edib ki, bölgədə Amerika ilə ortaqlığa aid nə varsa, Kreml onu Rusiya üçün təhlükə sayır və qonşularına “xəbərdarlıq mesajı” göndərir:

“İndi isə Azərbaycanı da siyahıya əlavə ediblər. Azərbaycanda biloloji laboratoriyanın varlığına dair heç bir fakt yoxdur, varsa bunu gizli saxlamaq olmazdı. Bəs onda Kremlin ruporu Azərbaycanla bağlı saxta xəbəri nədən yayıb? Görünür, bu da Moskvanın Bakıya yeni təzyiq formasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər