28 Yanvar 17:55
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı - Ramil Orucov

Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov

Ucar rayon təşkilatı - Şəhla Abdullayeva

Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov

Salyan rayon təşkilatı - Elmar Əhmədov

Göyçay rayon təşkilatı - Sahib Şükürov

Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev

Qəbələ rayon təşkilatı - Abil Ağasəfov

Oğuz rayon təşkilatı - Saleh Məhərrəmov

Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.


Müəllif: Teleqraf.com