27 Mart 2022 17:55
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük müharibədən sonra da tədricən öz işini görür. 30 ilə yaxın dövlətimiz bəyan etdi ki, münaqişə dinc yolla həllini tapmayacaqsa, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. 2020-ci il 10 noyabr Bəyanatından sonra biz yenə də oxşar taktiki gedişlər, strategiya izləməyə başladıq. Həmin razılaşmanın 4-cü bəndinə uyğun olaraq orada erməni silahlıları qalmalı deyil. Azərbaycan tərəfi də haqlı olaraq vurğulayırdı ki, təxribatlara son qoymasalar tam qanuni əsaslarla öz uyğun bildiyimiz addımı atacağıq. Bu gün də məhz həmin o addımlar atılmaqdadır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, Azərbaycan artıq elə bir mövqedədir ki, prosesləri öz maraqlarına uyğun yönləndirməyi bacarır: “Bu baxımdan çox mühüm bir addım atıldı. Bütün ərazilərimiz üzərində suverenliyimizin tam təmin olunması istiqamətində olduqca təsirli bir strategiya seçilib. Bu, siyasi, hərbi, iqtisadi konponentləri birləşdirən bir məsələdir”.

Millət vəkilinə görə, biz öz hədəflərimizə doğru çox böyük inamla gedirik:

“Bu da Ermənistanı yekun sülh sazişini imzalamağa məcbur edən addımlardır. Dünya təcrübəsində buna düşməni sülhə məcbur etmə əməliyyatı və yaxud strategiyasi deyilir. Bu gün tətbiq edilən yanaşmalar məzh Ermənistanı sülhə məcbur etmə strategiyasıdır”.

Elşad Mirbəşiroğlu hesab edir ki, artıq olduqca strateji əhəmiyyətə malik olan Farrux kəndi bizdədir:

“Fərrux zəfəri 44 günlük müharibədən sonra növbəti tarixi, strateji bir qələbədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz öz üzərinə düşən bütün vəzifələri Vətən müharibəsindən sonra da uğur və əzmlə icra edir. Eyni zamanda dövlətimizin düzgün strategiyası, səbr və təmkinlə bütün məsələlər həll olunur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər